Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:24

DİN: «Müsavatçılar «Yol hərəkəti haqqında» qanunu pozublar» - Yenilənir


İsa Qəmbər Lənkəran səfəri zamanı

İsa Qəmbər Lənkəran səfəri zamanı

-

Müsavat Partiyasının başqanı İsa Qəmbərin Lənkəran səfərinin xronologiyası:

**
«Yanvarın 27-də İsa Qəmbər 35 maşından ibarət maşın karvanıyla Lənkəran istiqamətində hərəkət edib. Bu zaman maşın karvanında olanlar «Yol hərəkəti haqqında» qanunu pozublar. Yolboyu başqa avtomobillərin hərəkətinə mane olublar. Ona görə də Dövət Yol Polisi əməkdaşları onları saxlayıb».
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin əməkdaçı Ehsan Zahidov AzadlıqRadiosuna belə deyib.

Onun sözlərinə görə, Müsavat başqanı və partiyadaşlarının Lənkərana getməsinə heç kim əngəl yaratmayıb.

Sadəcə izah edilib ki, avtomobil karvanı digər digər sürücülərə maneçilik törədir.
Ehsan Zahidov bunu da deyib ki, polis bütün vətəndaşların təhlükəsizliyini təmin etməyə hazırdır, o cümlədən də İsa Qəmbərin.

SAXLANILANLAR SƏRBƏST BURAXILIB

Lənkəranda saxlanılan AzadlıqRadiosunun bölgə müxbiri Müstəcəb Məmmədov sərbəst buraxılıb. O İsa Qəmbəri qarşılamağa hazırlaşan müsavatçıların saxlanmasını çəkirmiş. Polis də onu bu zaman saxlayıb.

Onun çəkdiyi videogörüntülər və diktofonundakı səs yazıları Lənkəran Polis İdraəsinin əməkdaşları tərəfindən pozulub.

Müstəcəb Məmmədov deyir: "Bunu niyə etdiklərini izah belə etmədilər. Mən jurnalist kimi işimi görürdüm, qəfil saxladılar, sonra da hər şeyi pozdular".

Müstəcəb Məmmədov ondan başqa daha 11 nəfərin saxlandığını da bildirir. «Onlardan ikisi bitərəf idi, qalanı müsavatçıdır. Onlıara xəbərdarlıq edib buraxdılar».

(Lənkəran rayon sakinin AzadliqRadiosu Simsiz Teleqraf rubrikasına göndərdiyi audio)

***
Eyni zamanda, Müsavatın Lənkəranda 8, Astarada 2 fəalı da saxlandığı bildirilir.

Bu haqda AzadlıqRadiosuna partityanın Lənkəran rayon təşkilatının sədri Tarif Əliyev məlumat verib.

O «Həmin şəxslərin saxlanma səbəbləri haqda açıqlama verilmir» deyir.
Bununla bağlı Lənkəran rayon Polis İdarəsindən də məlumat ala bilmirik.

İSA QƏMBƏR: «BAŞ VERƏNLƏR BİR DAHA HAKİMİYYƏTİ İFŞA ETDİ»

İsa Qəmbər Lənkəran səfəri haqda AzadlıqRadiosuna qısa açıqlama verib:

«Bu səfərə rəhbərlik edən dostlarımız məsləhətləşdilər və belə qərar verdilər ki, geri dönmək məcburidir. Çünki yanvarın 13-də hakimiyyət 10-15 adamı öyrədib arxasında gizlənmişdisə, guya lənkəranlıların bizim ora getməyimizi istəmədiklərini uydururdusa, bu gün faktiki etiraf etdi ki, bizim bölgələrə səfərimizin qarşısını alan özüdür. Bizi Göytəpə postunda saxlayaraq dedilər ki, ancaq İsa Qəmbərin maşınını buraxa bilərik. Bundan başqa, Lənkəranda olanlardan da xəbərimiz var. Ora yük avtomobilləri gətirilib, saxta təmir, qazıntı işləri aparırlar. Hətta bəzi müsavatçıların həbsi haqda məlumatlar gəlir. Buna görə də geri qayıtmalı olduq».

«İsa Qəmbər Lənkərana getməklə İsmayıllı hadisələrindən diqqəti yayındırmağa çalışır»- deyənlərə Müsavat başqanı belə cavab verdi:

«Bu cür düşünənlərin ya siyasi təhlil imkanları yoxdur, ya da danışmağa sözləri. Bugünkü səfər əslində, 13 yanvar səfərinin davamıdır. Biz Lənkərana yollananda hələ İsmayıllı hadisələri yox idi, Binədəki hadisələr yox idi. Bu səfəri biz dekabrdan hazırladığımız üçün o biri hadisələr də yox idi. Digər tərəfdən, axı, bu hadisə də göstərir ki, Azərbaycandakı bütün problemlərin kökü bu hakimiyyətdir. İstəyirsiz Qubada və İsmayıllıda əraziləri mənimsəyən, istəyirsiz «Binə»də insanlara bir tikə çörək qazanmağa imkan verməyən məmur-oliqraxlara, hakimiyyətin birinci adamlarına diqqət edin, istəyirsiz də Lənkəran hadisələrinə. Hamısı hakimiyyətin ölkəni özəlləşdirdiyini, şəxsi mülkiyyəti kimi idarə etmək istədiyini göstərir. İsmayıllıda, «Binə»də repressiyalar və bizim səfərə maneələr eyni mənbədən qaynaqlanır. Bu da hakimiyyətin ifşasına xidmət edir».

İsa Qəmbər sual edir: «İsmayıllı hadisələrinə görə, heç kim, heç bir partiya addım atmamalıdır? İsmayıllı haqda danışmaq istəyənlər danışıb qurtarandan sonra deməlidir ki, mövzu bağlandı, indi yenisi lazımdır? Bu gülüncdür. Onda uydursunlar ki, İsmayıllıda camaat ona görə ayağa qalxmışdı ki, «Binə»dəki hadisələr gündəmdən düşsün, ya da Ticarət Mərkəzində haqlarını müdafiə edənlər ona görə qalxmışdılar ki, əsgər ölümləri ilə bağlı etirazlar yaddan çıxsın».

İsa Qəmbərin fikrincə, baş verənlər hakimiyyəti ifşa etdi.

QARŞIDURMA OLDUĞU DEYİLİR

Bir saata yaxındır Göytəpədə gözlədilən müsavatçılarla mülkigeyimlilər arasında qarşıdurma yaşanıb.
AzadlıqRadiosunun müxbiri xəbər verir ki, İsa Qəmbərin avtomobil kortejini polis əməkdaşları müşayiət edir.
-
Bir saata yaxındır Göytəpədə gözlədilən müsavatçılarla mülkigeyimlilər arasında qarşıdurma yaşanıb.

Partiyanın mətbuat xidmətinin əməkdaşı Mehman Kərimlinin ayağı isə avtomobil təkəri altında qalaraq əzilib.
Müsavat partiyasının üzvləri “İstefa” şüarları səsləndirirlər.
İsa Qəmbərin Lənkəran səfəri


Your browser does not support iframes.
İsa Qəmbərin avtomobili müsavatçıların əhatəsində Göytəpə postundan uzaqlaşdırılmaqdadır.

YOL POLİSİ AVTOMOBİLLƏRİN BİRLİKDƏ HƏRƏKƏTİNƏ MANE OLUR

Hadisə yerində olan AzadlıqRadiosunun əməkdaşı deyir ki, Dövlət Yol Polisinin əməkdaşları İsa Qəmbəri müşayiət edən 20-dən artıq avtomobildən yalnız üçünün getməsinə icazə veriblər.

Onların içində partiya başqanının olduğu avtomobil də var.

Əməkdaşımız deyir ki, həmin ərazidən təxminən 200 metr aralanan İsa Qəmbər yerdə qalan avtomobillərin buraxılmadığını görüb geri qayıdıb. "Avtomobillərin hamısına tərpənməyə cazə verildiyi halda gedəcəyik" deyib.
İsa Qəmbərin olduğu avtomobili müsavatçılar sıx əhatə ediblər. Onlar hər hansı təxribatın qarşısını aldıqlarını deyirlər.
Başqan müavini Gülağa Aslanlı deyib: "Hakimiyyət kütləvilikdən qorxur. Ona görə də İsa Qəmbərin Lənkərana 24 maşınla girməsinə icazə vermək istəmirlər".
Hələlik avtomobil karvanı Göytəpədə gözləməkdədir.

İSA QƏMBƏR: 20 DƏQİQƏDİR BİZİ YOXLAYIRLAR

İsa Qəmbər öz səfəri haqda Twitterdə yazır. O sonuncu twittində belə yazır: "Cəlilabadda yol polisi 20 dəqiqədir bizi yoxlayir"

AzadlıqRadiosunun əməkdaşı bildirir ki, özünü təqdim etməyən post patrul xidmətinin əməkdaşları bunu belə izah ediblər: “Bu yolda kortej hərəkət edə bilməz. Az sonra tədricən buraxacağıq”.
MÜSAVAT BAŞQANI LƏNKƏRANA GEDİR

Yanvarın 27-də Müsavat Partiyası başqanı İsa Qəmbər başda olmaqla 100 nəfər Lənkərana yola düşüb.

Bu haqda AzadlıqRadiosuna başqan müavini Gülağa Aslanlı deyib:

“Biz Müsavatın Lənkəran rayon təşkilatının yubiley tədbirində iştirak etmək üçün gedirik. Ötən dəfə öyrədilmiş adamlar buna imkan vermədilər. Biz təkrar yola düşmüşük. Aldığımız məlumata görə, bizi bir neçə yerdə təxribatçılar qarşılaya bilər. Məsələn, Salyandan keçəcəyimiz yerdə qadınlardan ibarət qrupun, eləcə də rayon mərkəzində xeyli sayda polis işçisinin yığışması haqda xəbərlər gəlir. Bu nə qədər doğrudur, bilmirik. Ancaq yolumuza davam edirik”.
MƏQALƏ FOTOLARDAN SONRA DAVAM EDİR


AzadlıqRadiosunun bölgə müxbiri Müstəcəb Məmmədov xəbər verir ki, Lənkəranın girəcəyində 100-ə yaxın adam toplaşıb. Onlar İsa Qəmbəri gözlədiklərini deyiblər. Ancaq Müsavat başqanının əleyhdarı və ya tərəfdarı olduqlarını söyləməyiblər.

Bundan başqa, Müstəcəb Məmmədov Astaradan Lənkərana gələn yolda bir neçə post patrul avtomobilinin olduğunu da xəbər verir.

Yanvarın 13-də Müsavat başqanı və partiyadaşları Lənkərana gedərkən, bir qrup onun avtomobilinə daş atıb, bir neçə nəfərə xəsarət yetiriblər.

Bu günlərdə Lənkəran ziyalıları adından bir neçə nəfər İsa Qəmbərə müraciət edərək bölgəyə gəldiyi halda “Lənkəranlıların bir daha İsa Qəmbərə layiq olan cavabı verəcəklər”ini deyiblər.

Müraciət müəllifləri sual edirlər: “Doğurdanmı, əhalinin göstərdiyi münasibət sizə dərs olmamışdır? Düşünmürsünüzmü ki, xalq tərəfindən qovulduğunuz Lənkərana gəlişiniz siyasi iflasınızın son nöqtəsi olacaq?..”

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG