Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:19

Misirin Port-Səid şəhərində baş verən toqquşmalarda 31 nəfər ölüb


Son günlər Misirin Port-Səid şəhərində baş verən toqquşmalarda 31 nəfər ölüb, 300-dən çox adam xəsarət alıb.
Ölənlərdən ikisinin polis olduğu bildirilir.

Toqquşmalara səbəb Qahirə məhkəməsinin ötən il şəhər stadionunda baş vermiş hərc-mərclikdə ittiham olunanlardan 21-i ölümə məhkum etməsi olub.
Həmin vaxt stadionda baş verən gütləvi iğtişaşda 74 adam ölüb.

52 nəfər barəsində isə bu ilin martında hökm oxunacaq.

Həmçinin keçmiş prezident Mubarakın devrilməsinin 2-ci ildönümü ilə əlaqədar ölkənin müxtəlif yerlərində etiraz nümayişləri keçirilib.

Avropa Birliyinin xarici siyasət məsələləri üzrə rəsmi Katherine Ashton Misirdə zorakılığın artmasından narahatlıq bildirib və ölkə hakimiyyətini qayda-qanunu bərpa etməyə çağırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG