Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:00

“İnsan Haqları Evi Fondu” Bakıda kütləvi həbsləri pisləyib


Human Rights House Foundation logo
Human Rights House Foundation logo
Beynəlxalq hüquq müdafiə təşkilatı olan “İnsan Haqları Evi Fondu” bu gün Bakıda keçirilən etiraz aksiyası zamanı kütləvi həbsləri pisləyib.

Təşkilatın yaydığı bəyanatda deyilir:

“Tanınmış blogger Emin Milli, hüquq müdafiəçisi Məlahət Nəsibova, araşdırıcı jurnalist Xədicə İsmayılova, vəkil və hüquq müdafiəçisi İntiqam Əliyev də daxil olmaqla dinc etiraz aksiyasında 40-dan çox adam saxlanıb və bu AŞPA-da Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı qətnamə qəbul edilməsindən 2 gün sonra baş verib.
Hansı ki, bu qətnamə Azərbaycan hakimiyyətini hüquq müdafiəçilərinə hücum və təqibləri dayandırmağa çağırır”.

Təşkilatın Şərqi Avropa üzrə regional menenceri Ane Tusvik Bonde, bildirir ki, Məlahət Nəsibova da daxil olmaqla bir sıra hüquq müdafiəçisinin Strasburqdakı bu iclasdan qayıtmasından cəmi 2 gün sonra həbsi dərin narahatlıq doğurur.

O qeyd edir ki, bu kütləvi həbslər göstərir ki, Azərbaycan hakimiyyəti tənqidi səsləri boğmaq üçün həbslərdən vasitə kimi istifadə edir.

“İnsan Haqları Evi Fondu” bu həbsləri qəti şəkildə pisləyir, Azərbaycan hakimiyyətini onları təcili və heç bir şərtsiz azad etməyə, habelə beynəlxalq aləmi Azərbaycan hakimiyyətindən tənqidi fikirlərə görə cəzalara son qoyulmasını tələb etməyə çağırır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG