Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:51

Misirin Port-Səid şəhərində gedən toqquşmalarda 22 nəfər ölüb


Misirin Port Said şəhərində etiraz aksiyası

Misirin Port Said şəhərində etiraz aksiyası

Bu gün Misirin Port-Səid şəhərində baş vermiş hərc-mərclikdə 22 nəfər ölüb, 200-dən çox adam yaralanıb.

Toqquşmalara səbəb Qahirə məhkəməsinin ötən il şəhər stadionunda baş vermiş hərc-mərclikdə ittiham olunanlardan 21-i ölümə məhkum etməsi olub.

Həmin vaxt stadionda baş verən gütləvi çaxnaşmada 74 adam ölüb.
Həbs edilənlərin qohumları və tərəfdarları onların saxlandığı həbsxanaya hücum etmək istəyiblər.

52 nəfər barəsində isə bu ilin martında hökm oxunacaq.

Bu günlərdə Misirdə keçmiş prezident Mubarakın devrilməsinin 2-ci ildönümü ilə ılaqədar etiraz nümayişləri keçirilir.

Dünən baş verən toqquşmalarda azı 7 nəfər ölüb, 400-dən çox adam yaralanıb.

Bu gün Suez şəhərinə tank və zirehli texnikalar çıxarılıb.
Nümayişçilər indiki prezident Muhammad Morsini verdiyi vədləri yerinə yetirməməkdə günahlandırırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG