Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 17:56

Venesuela həbsxanasında qaldırılmış qiyamda azı 50 nəfər ölüb


Venesuelanın qərbindəki Uribana həbsxanasında baş vermiş hərc-mərclikdə azı 50 nəfər ölüb, 90-a yaxın adam yaralanıb.
Bu barədə yerli həkimlər xəbər verir.

Ölənlərin arasında həbsxana əməkdaşları, hərbçilər və məhbuslar var.

Məlumatlara görə, milli qvardiyanın əməkdaşları həbsxanada yoxlama aparmağa gələrkən məhbuslar qiyam qaldırıblar.

Həbsxana məsələləri üzrə nazir İris Barelin sözlərinə görə onlarda məhbusların silahlı olması barədə məlumat daxil olub.

Ölü sayının artacağı istisna deyil.

Günün bütün mövzuları

XS
SM
MD
LG