Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:39
-
Yanvarın 26-da İsmayıllı hadisələri ilə əlaqədar Şamaxı polisinə aparılan 14 nəfərin məhkəməsi başlanıb.

Bu barədə AzadlıqRadiosuna Şamaxı rayon Məhkəməsindən məlumat veriblər.

Göyçay polisində saxlanılanların da hamısı məhkəməyə göndərilib.

Göyçay rayon Polis İdarəsində orada neçə nəfərin saxlanması barədə AzadlıqRadiosuna bilgi verməkdən boyun qaçıraraq – «Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə müraciət edin» – deyiblər.

«Azadlıq» qəzetinin bölgə müxbiri Elçin İsmayıllı rayonda baş verən hadisələrə görə saxlananların 150 nəfər olduğunu və onların qonşu rayonların polis idarələrinə aparıldığını bildirir. Onun dediyinə görə, ötən gecə İsmayıllı rayon Məhkəməsi saxlananlardan 40 nəfər haqqında sutkalıq inzibati həbs qərarı verib:

«Proses qapalı keçirilib. Bildiyim odur ki, AXCP Gənclər Komitəsinin üzvü Dəyanət Babayevə 13 sutka verilib. Bundan başqa, İsmayıllı sakini Fərzalı Əliyevə Göyçay rayon Məhkəməsində 3 sutka verilib. Saxlananların çoxu vəkillə təmin olunmayıb. Qalanları Şamaxı, Qəbələ və digər rayonların polis idarələrinə aparılıb».

İsmayıllı rayon Məhkəməsindən hər hansı məlumat almaq, hələ ki, mümkün olmayıb.

Yanvarın 25-də Bakıda – Nəsimi rayon məhkəməsində İsmayıllı hadisələri ilə bağlı saxlananlardan 4 nəfərin də məhkəməsi keçirilib. Proses qapalı aparıldığından tutulan şəxslərin kimliyini və onlara verilən həbs müddətini müəyyənləşdirmək mümkün olmayıb.

Hüquq-mühafizə orqanları bütövlükdə saxlananların neçə nəfər olması və harada saxlanması barədə məlumat verməyib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG