Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 03:59

Yağış yağacaq


-
Yanvarın 27-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, axşam yağış yağacağı gözlənilir, bəzi yerlərdə duman olacaq.

Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-7 dərəcə, gündüz 7-12 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava yağıntılı olacaq, axşam dağlıq rayonlarda sulu qar, qar yağacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 2-7 dərəcə, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG