Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:33

Abbas Abbasov Ağsaqqalları Şurasının sədri seçildi


-

Moskvada Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyəti “AzərRos”un V qurultayı keçirilib. APA-nın Moskva müxbirinin məlumatına görə, qurultayda “AzərRos”un əsas idarəedici orqanı olan Ağsaqqallar Şurası təsis edilib. Şuranın tərkibinə Rüstəm İbrahimbəyov, Abbas Abbasov, Ramiz Abutalıbov, Tofiq Məlikli, Natiq Ağamirov, Rüstəm Arifcanov, Qalib Ağayev və Şirvan Kərimov seçiliblər.

Azərbaycanda uzun illər Baş naziri müavini olmuş Abbas Abbasov Ağsaqqallar Şurasının sədri seçilib.

Daha sonra “AzərRos”un prezidenti postuna seçki olub. Asif Məhərrəmov qurumun prezidenti seçilib. Prezidentlik institutu bundan sonra “AzərRos”un qərarverici və idarəedici deyil, icraedici orqanı kimi fəaliyyət göstərəcək.

Qurumun əvvəlki prezidenti Söyün Sadıqov isə qurumun fəxri prezidenti seçilib.

Qeyd edək ki, bir müddət öncə S. Sadıqov yeni siyasi partiya yaratması ilə əlaqədar “AzərRos”un prezidenti vəzifəsindən istefa verdiyini bildirib. O, hazırda Rusiyada fəaliyyət göstərən Abbas Abbasovun “AzərRos”un prezidenti vəzifəsinə namizədliyini Rusiya prezidenti Vladimir Putinlə də müzakirə etdiyini açıqlayıb.

“AzərRos” 1999-cu ildə yaradılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG