Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:06

ABŞ və Britaniya öz vətəndaşlarını Bakıda ehtiyatlı olmağa çağırır


-

ABŞ-ın Azərbaycandakı səfirliyi öz ölkəsinin vətəndaşlarını yanvarın 26-da Bakıda nəzərdə tutulan etiraz aksiyası ilə bağlı ehtiyatlı olmağa çağırır.

Səfirliyin saytında yayılan xəbərdarlıqda bildirilir ki, “hətta nümayişlərin dinc mahiyyət daşımasına baxmayaraq, baş verəcək qarşıdurma zorakılıqlara yol aça bilər”.

Səfirlik amerikalılara nümayişlər, etirazlar və piketlərin keçirildiyi yerlərdən keçməməyi məsləhət görürür.

Böyük Britaniyanın Azərbaycandakı səfirliyi də ölkədəki vətəndaşlarına sabahkı aksiya barədə xəbərdarlıq edərək, onları ehtiyatlı olmağa çağırıb.

Azərbaycandakı bir sıra gənclər təşkilatları yanvarın 26-da Bakının mərkəzində İsmayıllıdakı etirazçılarla həmrəylik aksiyası keçirməi planlaşdırırlar.
XS
SM
MD
LG