Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:23

Qahirədə inqilabın ildönümü yenə qarşıdurma olub



Misirdə prezident Hosni Mubarak-ın devrilməsi ilə nəticələnmiş inqilabın ikinci ildönümü günü yenə polislə aksiyaçılar toqquşublar. Daxili İşlər Nazirliyi yanvarın 25-də paytaxt və başqa şəhərlərdə baş verən toqquşmalarda 100-ə yaxın aksiyaçı və polisin yaralandığını bildirir.

İnqilabın ildönümü üçün minlərlə adam bu gün paytaxt Qahirədə Tahrir Meydanına toplaşıb. Paytaxtın müxtəlif yerlərində prezident Muhammad Morsi-nin tərəfdarları ilə müxalifət fəalları arasında toqquşmalar baş verib.

Müxalifət liderlərindən olan Muhammad ElBaradei misirliləri inqilabı başa çatdırmağa çağırıb.

Misir müxalifəti indiki prezidenti konstitusiyanı dəyişib ölkədə islam diktaturası qurmaqda ittiham edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG