Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:37
-
«Biz hər il məhkəmələrin monitorinqini aparırıq. Bunun nəticəsinə görə də hakimlərin fəaliyyətini qiymətləndiririk».

Bu sözləri Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus monitorinqin nəticələrini açıqlayarkən deyib. Hakimlərin işinin qiymətləndirilməsinə 2007-ci ildən başlanıb:

«Biz artıq 6-cı ildir ki, hakimlərə «zolaqlı mantiya» veririk. Bu il «zolaqlı mantiya»ya 4 hakimi layiq bilmişik. Bunlar Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hakimi Ramella Allahverdiyeva, Ali Məhkəmənin hakimi Zakir Quliyev, Nərimanov rayon Məhkəməsinin hakimi Turqay Hüseynov və Bakı Apellyasiya Məhkəməsinin hakimi Rizvan Səfərovdur».

Leyla Yunusun söylədiyinə görə, bu hakimlər müxtəlif işlərdə yanlış qərar verib və müəyyən qanunları pozublar:

«Üçüncü yeri tutan Ramella Allahverdiyeva 9 aydır ki, «Xural» qəzetinin redaktoru Əvəz Zeynallının işində bir nəticəyə gələ bilmir. İkinci yeri hakim Zakir Quliyev tutub. O, 2012-ci ildə Bakı şəhər İcra Hakimiyyətini və Daşınmaz Əmlak üzrə Dövlət Komitəsini müdafiə edib. Həmin məhkəmələrdə sakinlərin mülkiyyət hüquqları pozulub. Üçüncü yeri iki hakim tutub – Nərimanov rayon Məhkəməsinin hakimi Turqay Hüseynov və Bakı Apellyasiya Məhkəməsinin hakimi Rizvan Səfərov. Onlar cinayəti sübut olunmayan Şirinbacı Rzayevanın oğlunu cəzalandırıblar».

Hakimlər üçün nəzərdə tutulan «zolaqlı mantiya» və «Fəxri fərman» məktubla ünvana çatdırılacaq.

Şərhləri göstər

XS
SM
MD
LG