Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:07

Əli Əhmədov «Şöhrət» ordeni aldı


-
Prezident İlham Əliyev yanvarın 25-də Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədovun «Şöhrət» ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Bu barədə prezidentin rəsmi saytı məlumat verir.

Sərəncamda ordenin ona Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakına görə verildiyi bildirilir.

Əli Əhmədov bu sərəncamın verildiyi gün İsmayıllı rayonunda olub. O, rayon rəhbərliyinin yerli sakinlərlə görüşündə iştirak edib. Yanvarın 23-də İsmayıllıda əhalinin etirazları zamanı «Çıraq» moteli və bir neçə avtomobil yandırılmışdı.

Əli Əhmədov 1953-cü ildə Ermənistanda doğulub.

Günün bütün mövzuları

XS
SM
MD
LG