Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:07

Afinada metro işçiləri tətili dayandırıblar



Yunanıstanın paytaxtı Afinada metro işçiləri 9 gündür davam edən tətili yanvarın 25-də dayandırıblar. Tətil hökumətin onları işdən qovulacaqları, ya da hətta həbs olunacaqları barədə xəbərdarlığından sonra dayandırılıb.

Maliyyə böhranı içində olan Yunanıstan hökuməti beynəlxalq maliyyə qurumlarından borc ala bilmək üçün sərt qənaət planları həyata keçirməlidir. Hökumət bu qənaət planları çərçivəsində metro işçilərinin də maaşlarının azaldılacağını bildirib.

Yanvarın 25-də polis tətil keçirən işçilərin toplaşdıqları metro deposuna hücum edib. Polisin qapını sındırıb bir neçə fəhləni həbs etməsi zamanı aksiyaçılarla qarşıdurma yaranıb.
XS
SM
MD
LG