Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:36

Çex Respublikasında prezident seçkisinin ikinci turu keçirilir



Yanvarın 25-də Çex Respublikasında prezident seçkisinin ikinci turu keçirilir. Seçki məntəqələri yerli vaxtla günorta saatlarında başlayıb. Səsvermə iki gün davam edəcək.

İkinci turda ölkənin keçmiş Baş naziri, Sosial-Demokrat Partiyasının sədri Milos Zeman və indiki maliyyə mühafizəkarı, Top09 Partiyasının sədri, Xarici İşlər naziri Karel Schwarsenberg yarışır.

Seçkinin yanvarın 11-i və 12-də keçirilmiş ilk turunda qalib müəyyən olunmamışdı. Amma Zeman birinci, Schwarsenberg ikinci idi. İkinci turun qalibi və ölkənin yeni prezidentinin kimliyi şənbə günü axşam elan oluna bilər.

Çex Respublikasında ilk dəfədir ki, prezident ümumxalq səsverməsi ilə seçilir. İndiyə qədər bu ölkədə prezident parlamentdə seçilirdi.

Ölkənin həyatında prezidentin yox, Baş nazirin rolu daha çoxdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG