Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:39

Amerikalı müğənni «Can Azərbaycan» söylədi! (Video)


Steve Thoreson
Steve Thoreson
-
Amerikalı müğənni Stive Thoreson vaxtilə Müslüm Maqomayevin yazdığı və oxuduğu (söz. Nəbi Xəzri) şöhrətli «Azərbaycan» mahnısını həm Azərbaycan, həm də ingilis dilində oxuyub.

Xəbəri 1news.az saytı yayıb.

Stive öz «Facebook» səhifəsində bu mahnını «YouTube»da yerləşdirdiyini bildirib.

Əvvəlcə Stive Thoreson mahnını kompüterdə Müslüm Maqomayevin oxusunu müşayiət edərək, az sonra sərbəst oxumağa başlayır.

Onu da vurğulayaq ki, Stive bu mahnını çox yaxşı oxuyur.

Onun niyə məhz bu mahnını seçməsi barədə məlumat yoxdur.

Amma «Facebook» səhifəsində o, Müslüm Maqomayevin bu mahnısını lentə yazdıracağını və Bakıda çıxış edəcəyini bildirib.

Thoreson əlavə edib ki, Müslüm Maqomayev Azərbaycanın ən məşhur müğənnilərindəndir və onun «Azərbaycan» mahnısı ölkə sakinlərinin qəlbinin səsidir.

Stive Thoreson Vaşinqtonda yaşayır.

Tenor bir vaxtlar «Sweden's Got Talent TV» müsabiqəsinin qalibi olub.

XS
SM
MD
LG