Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:14

Birləşmiş Ştatlar özünə qarşı irimiqyaslı kiber hücum gözləyir


ABŞ-ın terrorçuluqla mübarizə üzrə rəsmiləri bu ölkəyə qarşı hər an irimiqyaslı kiber hücum ola biləcəyi barədə xəbərdarlıq ediblər.

Yanvarın 24-də ölkənin təhlükəsizlik üzrə yüksək vəzifəli rəsmisi Janet Napolitano bildirib ki, şərti olaraq “Kiber 9/11” adlana biləcək belə hücumun vurduğu ziyan keçən ilin oktyabrında ABŞ-ın şərq sahillərində dağıntılara səbəb olan Sandi qasırğasının ziyanı qədər ola bilər.

Napolitano xüsusilə su, qaz, elektrik təchizatı sahələrinin belə hücumlar qarşısında zəif olduğunu deyib.

O, ABŞ Konqresini kiber təhlükəsizliklə bağlı yeni qanunvericilik aktlarının qəbuluna çağırıb.

Belə bir qanun layihəsi keçən ildən Konqresdə ilişib qalıb.
XS
SM
MD
LG