Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 23:01

Yayda suya, qışda qaza həsrət Balaxanı sakinləri


Arxiv foto: Balaxanı
Arxiv foto: Balaxanı
-

«11 ildir Yanardağ küçəsində yaşayıram. Hər il qış başlayandan yaza qədər maye qaza həsrət qalırıq. Elektrik cihazlardan istifadəyə üstünlük veririk. İşıqpulu kəllə-çarxa vurub çıxır. Ödəyə bilmirik. Bu qəsəbəyə yiyə duran olacaq, yoxsa yox? Nə qədər qaz idarələrinin qapısında düşüb qalaq? Balaxanının neftini sümürüb satırlar, əhalisi isə maye qaza həsrətdir».

Balaxanının Hacı Soltan, Yanardağ, Rahib Qədimli, Müsavat küçələrinin sakinləri «Qaynar xətt»ə zəng vuraraq şikayət edirlər ki, yanvarın 24-ü səhər saatlarından xəbərdarlıq olunmadan qaz verilişi dayandırılıb.

Hacı Soltan küçəsinin sakini Naibə Səfərova deyir ki, qaz verilişinin dayandırılmasının səbəblərini öyrənmək üçün qəsəbənin Qaz İstismar Sahəsinə və Sabunçu rayon Qaz İdarəsinə getsələr də, onlara konkret səbəb deyilmir.

SONRA DA DEYİRLƏR FİLAN EV PARTLADI...

Arxiv foto
Arxiv foto
Yanardağ küçəsinin sakini Səfər Qurbanov isə qaz verilişinin xəbərdarlıqsız dayandırılması və sonradan bərpa edilməsi hallarından narahatdır:

«Dünən səhər yuxudan ayılmışıq ki, qazları kəsiblər. Xəbərdarlıqsız kəsirlər, xəbərdarlıqsız bərpa edirlər, sonra da deyirlər ki, filan ev partladı, filankəslər qazdan boğuldu və sair. Təqsiri də yıxırlar ölənin üzərinə. Özləri də ora-bura yazıb yapışdırırlar ki, diqqətli olun, qazla ehtiyatlı davranın. Əgər mən yatdığım yerdə evimə gələn qazı kəsib, mən yuxudan ayılınca təzədən buraxırlarsa, mən yuxuda ola-ola ehtiyatımı necə gözləyə bilərəm?».

XƏTLƏR KÖHNƏLİB

Balaxanı qəsəbəsinin Qaz İstismar Sahəsinin rəisi Namiq Əkbərov «Qaynar xətt»ə bildirib ki, iki gündür Balaxanıdakı yeraltı qaz xətləri dəyişdirilir:

«Yeraltı xətlər köhnəlib, istismar müddəti başa çatıb. Qəsəbədə hissə-hissə qaz xətlərinin yenilənməsi işləri aparırıq. Belə vəziyyətdə evlərə qaz ötürülməsini dayandırmalı oluruq».

Rəis deyir ki, ən geci iki günə qəsəbənin adıçəkilən küçələrinə maye qaz verilişi yeni qaz xətləri vasitəsilə bərpa olunacaq.
XS
SM
MD
LG