Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:47

İsmayıllı sakini: «Saxlananlar hədəfdə olanlardır»


-
«Dünən onu mağazasından aparıblar. Haraya, niyə aparılıb, məlum deyil. Bizə heç bir informasiya vermirlər».

Bunu AzadlıqRadiosuna yanvarın 24-də İsmayıllıda etirazlara görə saxlanmış 41 yaşlı Vasif İbrahimovun qardaşı Vaqif deyir.

«OĞURLADILAR»

Saxlanmış sahibkarın vəkili Nəvaid Abbasovun dediyinə görə, Vasif İbrahimov dünən prokurorluqda şahid qismində dindirilib, ancaq axşam saat 7 radələrində onu bilinməyən istiqamətə aparıblar:

«Oğurladılar desək, daha yaxşı olar. 3-4 saat dindirəndən sonra 5-10 dəqiqə gözləməyi tapşırdılar. Sonra 3-4 «Fiat» maşınında 10-15 polis gəldi, elə bil qatı cinayətkar dalınca gəlmişdilər. Mən onunla söhbət edirdim. Heç nə demədən, qolunu qandallayıb, maşına oturdub apardılar. İstiqaməti də demədilər, susmaqla kifayətləndilər».

Vəkil deyir ki, Vasifin harada olması barədə nə ona, nə də ailəsinə məlumat veriblər:

«Təcrübəmizə dayanıb güman edirik ki, Bakıya aparıblar».

Nəvaid Abbasov deyir ki, İsmayıllıda müvəqqəti saxlanma təcridxanası yoxdur. Cinayət işində təqsirləndirilən şəxsləri ilkin olaraq Göyçay polisinə, inzibati məsuliyyətə cəlb olunmuşları isə Qəbələyə aparırlar.

NEÇƏ NƏFƏR SAXLANIB?

Vəkil söyləyir ki, yanvarın 24-də daha bir saxlananın hüquqlarını qorumaq üçün ona üz tutublar, ancaq bir neçə saat polislə məhkəmə arasında qalıb. Onu nə polisə, nə də daha sonra məhkəməyə buraxıblar. Vəkilin dediyinə görə, 80-dək adam haqqında inzibati qərar çıxarılması 10 dəqiqə çəkməyib. O, binası təmirdə olduğundan keçmiş bələdiyyənin akt zalında İsmayıllı - 24 yanvar 2013

İsmayıllı - 24 yanvar 2013

yerləşən polis şöbəsində azı 50-60 saxlanan gördüyünü də deyir.

Müstəqil qaynaqlar azı 100 adamın saxlandığını xəbər verir. İsmayıllı rayon icra başçısının 1-ci müavini Rafael Əhmədov AzadlıqRadiosuna 32 nəfərin saxlandığını bildirib.

Göyçay Polis İdarəsindəki növbətçi AzadlıqRadiosunun müxbirinə idarəyə heç kəsin gətirilmədiyini deyib. Tutulanların harada saxlandığı barədə rayon polis idarəsindən hər hansı məlumat almaq mümkün olmayıb. Rafael Əhmədov da məlumatsız olduğunu söyləyib.

KÖHNƏ ƏDAVƏT?

Vəkil Nəvaid Abbasovun fikrincə, Vasifİbrahimovun saxlanması, əslində, onunla yerli hakimiyyət arasındakı bir mübahisədən qaynaqlanır. Belə ki, bir neçə il əvvəl sahibkarın mağazası sökülüb, əvəzində ona kompensasiya deyil, torpaq sahəsi veriblər. Ancaq mağazanı da heç cür dövlət qeydiyyatına aldıra bilməyib:

İsmayıllı-23 yanvar 2013

İsmayıllı-23 yanvar 2013

«Bununla bağlı mübahisə olmuşdu. O da əsəbiləşib icra başçısına və memara etirazını bildirmişdi. Onu polisdə 3 saat saxlasalar da, hərəkəti qanunazidd olmadığı üçün buraxmışdılar. Vasif o məsələdən qalan ədavətin qurbanına çevrildi».

«HƏDƏFDƏ OLAN ŞƏXSLƏRDİR»

İsmayıllıda mağaza sahibi Namiq Qasımov (ad şərtidir, təzyiqlərdən çəkindiyi üçün adının çəkilməməsini istəyir - A.K,) yanvarın 24-də İsmayıllıda saxlanıb. Onu 3-4 saat dindirəndən sonra buraxsalar da, bir neçə dostundan hələ də xəbər yoxdur. Namiq Qasımov deyir ki, ondan etirazın təşkilatçıları barədə soruşublar:

«Əlavə ad istəyirdilər. Burada adlıq nə var ki? Dedim, baxın telekanallara. O qədər onları çəkən vardı ki. Dostlarım da heç nəyi nə yandırıb, nə də sındırıblar. Sadəcə, hədəfdə olan adamlardır da».

Yanvarın 23-də gecə İsmayıllıda kütləvi etiraz aksiyası başlayıb. Aksiyaçılar rayondakı «Çıraq» motelini, bir neçə maşını, icra başçısının həyətindəki bəzi tikililəri yandırıblar. «Azadlıq!», «İstefa!» şüarları səsləndirən etirazçılar icra başçısının istefasını, saxlananların buraxılmasını, rayondakı özbaşınalıqlara son qoyulmasını tələb ediblər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG