Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:57

Neftçalada partlayış olub, ölən və xəsarət alan var


Neftçalada yanğınla nəticələnən partlayış baş verib, bir nəfər ölüb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytının məlumatına görə, Neftçala şəhərində vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan birmərtəbəli 2 otaqlı aynabənddən ibarət qamış və palçıqdan tikilmiş evdə yanğınla nəticələnən partlayış baş verib. Nəticədə evin konstruksiyaları və ev əşyaları yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı 1958-ci il təvəllüdlü Nağıyeva Şəndə Vəli qızının meyiti aşkar edilib.

Ev sahibi müxtəlif yanıq xəsarətləri ilə xəstəxanaya aparılıb.

Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın gecə saatlarında söndürülüb.

Hadisə ilə əlaqədar təhqiqat aparılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG