Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:28

Prezidentin qardaşı ABŞ vətəndaşlığından imtina edir



Əfqanıstan prezidenti Hamid Karzai-nin qardaşı Mahmud Karzai ABŞ vətəndaşlığından imtina edərək öz ölkəsində siyasi proseslərə qoşulduğunu bildirir. O, AzadlıqRadiosunun əfqan xidmətinə müsahibəsində 2014-cü ilin prezident seçkisində iştirak etmək niyyətində olmadığını, amma növbəti hökumətdə vəzifə tutmaq istədiyini bildirib.

57 yaşlı Mahmud Karzai banklar, mineral yataqların istifadəsi, daşınmaz əmlak sahəsində çalışan iş adamıdır. Yerli media onun Əfqanıstanın ən böyük özəl bankı olan Kabul Bank-da səhmlərin 7 faizinə sahib olduğunu bildirir.

Keçən il müstəqil audit bu bankı saxta yollarla 900 milyon dollar pulun ölkədən çıxarmaqda ittiham etmişdi. Amma Karzai heç bir qanunsuz iş görmədiyini demişdi. Onun qardaşı, hazırkı prezident Hamid Karzai-nin prezidentlik müddəti 2014-cü ildə başa çatdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG