Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:23

B. Vəziroğlu: "O insanlar bilməliydi ki, bu bir gün dalana dirənəcək"


Baba Vəziroğlu
Baba Vəziroğlu
-

“Çox təəssüf edirəm ki, mən indi İsmayıllıda, ismayıllıların yanında deyiləm. Səhhətimdə problemlər yaranıb deyə gedə bilmədim. Hadisələri diqqətlə izləyirəm və baş verənlərdən də dərin təəssüf hissi keçirirəm”.

Bunu Teleqraf.az-a açıqlamasında əslən İsmayıllıdan olan əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu deyib.

Hadisələrin adi xuluqanlıq əməlindən qaynaqlandığını deyən B.Vəziroğlu hesab edir ki, əslində xuliqanlıq, hadisələrin qaynamasında rəmzi məna daşıyıb:

“Həmin o xuliqanlıq əməlinə yol verənlər əmindirlər ki, onların qanundankənar davranışı cəzasız qalacaq və ona görə də insanlarla belə davranırlar. İsmayıllı dağ rayonudur. Dağ adamları da ki, səbirli olur, amma bu səbrin daşması da var. Mən açıq deyirəm, həmin o qudurğan insanlar bilməliydi ki, bunun dalana dirəndiyi bir vaxt da olacaq. Bilirsiniz, qanunların işləmədiyini görən insanlar “samosud”a əl atırlar. Yəni, onlar özləri cəzalandırmağa meyillənirlər. Çox təəssüf edirəm ki, İsmayıllının adı belə məsələlərdə hallanır. Ölkə başçısının yaratdığı sabitlik müvafiq qurumlar tərəfindən qorunmalı idi. Elə etmək lazım idi ki, adi bir məsələ bu səviyyəyə gəlib çatmasın. Niyə axı orada cəbhələşmə getməlidir? Niyə bir tərəfdə qudurğan insanlar, bir tərəfdə də gündəlik dolanışığı təmin etmək üçün hər cür əziyyətə qatlaşan insanlar olmalıdır? Mən çox təəssüf edirəm ki, İsmayıllıda belə hadisələr baş verdi. Həmin o xuliqan insanlar İsmayıllının çörəyini yeyirlər, orada pul qazanır, istirahət edirlər. Onlar yedikləri qaba tüpürdülər”.

Həmçinin oxu
Musa Yaqub: «İsmayıllını talayırsınız, üstəlik sadə insanları da söyürsünüz»

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG