Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 00:23

Şimali Koreya yeni raket və nüvə sınaqları ilə hədələyir


Şimali Koreya yeni raket və nüvə sınaqları keçirəcəyini bildirir. Ölkənin rəsmi informasiya agentliyi müdafiə nazirliyinə istinadla bu sınaqların əsas hədəfinin başlıca düşmən hesab etdikləri ABŞ olduğunu bildirir.

Bundan əvvəl BMT Təhlükəsizlik Şurası dekabrda keçirdiyi raket sınaqlarına görə Şimali Koreyanı tənqid edən qətnamə qəbul edib.

Amma Şimali Koreya yalnız dinc məqsədlərlə istifadə üçün antenlər daşıyan raketi kosmosa buraxıb. ABŞ və Qərb ölkələri isə əslində Şimali Koreyanın bununla uzaq mənzilli raketləri sınaqdan keçirdiyini bildirir.

2006 və 2009-cu illərdə keçirdiyi nüvə sınaqlarına görə BMT Şimali Koreyaya raket və nüvə texnologiyaları ilə bağlı qadağa qoyub.
XS
SM
MD
LG