Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:18

Baş Prokurorluq deputat sürücüsünün törətdiyi yol qəzası ilə bağlı məlumat yayıb



Baş Prokurorluğun mətbuat xidmətinin məlumatında deyilir ki, yanvarın 23-də saat 06:50-də Bakı-Qazax yolunun Qaradağ rayonu ərazisində Faiq Qocayevin idarə etdiyi «Aztelekom» İstehsalat Birliyinə məxsus «Honda-Accord» markalı 10-PD-199 dövlət qeydiyyat nişanlı avtomobillə yolu keçən piyada vurulub.

Piyada - 1955-ci il təvəllüdlü Mariya Cavadova aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb.

Hadisə zamanı Milli Məclisinin deputatları Aydın Mirzəzadə və Elman Məmmədov maşında olub.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
XS
SM
MD
LG