Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:39

Uçqunla bağlı cinayət işi qaldırılıb


-
Baş Prokurorluq Bakıda avtodayanacağın tikintisi zamanı baş verən uçqunla bağlı məlumat yayıb.

Məlumatda bildirilir ki, yanvarın 23-də saat 03.00 radələrində Nobel prospekti, 15 saylı ünvanda «Azure-Parkinq» şirkətinin inşa etdiyi avtodayanacağın tikintisi zamanı daş hasar uçub. Bir nəfər ölüb, 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı Cinayət Məcəlləsinin 222.3-cü (tikintidə təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Ekspertizalar təyin edilib.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG