Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:14
-
Əfsanəvi müğənni Müslüm Maqomayevin əziz xatirəsinə həsr edilmiş üçün stolüstü təqvim (2013-cü il ) nəşr olunub.

Xəbəri Mədəniyyət və Turizm İdarəsinin saytı yayıb.

Rus dilində nəşr olunmuş təqvim nəfis tərtibatı və orijinal dizaynı ilə diqqət çəkir.

Təqvimin üz qabığında ilk televiziyanın fotogörüntüsü əks olunub və simvolik verilişlər proqramı tərtib edilib.

Burada ölməz sənətkarın oxuduğu ən məşhur mahnılar – «Azərbaycan», «Qar üzərində ürək», «Mənim Bakı şəhərim», «Əlvida Bakı», «Odlar Yurdu» və başqaları aylar üzrə bölünüb.

Hər səhifədə mahnıların mətni verilib.

Xəbərdə vurğulanır ki, Müslüm Maqomayevin pərəstişkarları tərəfindən hazırlanmış təqvimdə ölməz sənətkarın bənzərsiz fotoşəkillərindən də istifadə olunub.
XS
SM
MD
LG