Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:23
-
İranın Zəncan şəhərindən «Qaynar xətt»ə zəng vuran İsədullah Xaliqi Obamat bildirib ki, onun keçmiş həyat yoldaşı, İran vətəndaşı olan Oksana Rövşənova hazırda Azərbaycanın Daxili İşlər Nazirliyinin «102» xidmətində çalışır.

«Oksana əvvəllər sizin Daxili İşlər Nazirliyinin «102» xidmətində operator işləyirdi. Biz təqribən 5 il əvvəl Bakıda ailə qurmuşduq və ailə həyatımız Zəncanda davam etdi. 4 yaşında bir qızımız var. Oksana İran vətəndaşlığı alıb. «102» xidmətinin rəisi Xalidə xanım bizə tez-tez zəng vururdu, Oksana ilə danışırdı. Münasibətləri yaxın idi. Keçən il Novruz bayramına bir ay qalmış yenə zəng vurdu, təklif elədi ki, bayramı Bakıda birlikdə qeyd edək. Mən də razılaşdım. Novruz bayramına yaxın Bakıya gəldik. Bayram bitdi, bir müddət Bakıda qalandan sonra Xalidə xanım dedi ki, Oksananı «102» xidmətinə işə qaytarmaq istəyir. Mən bildirdim ki, biz İranda yaşayırıq, Oksananın burda işləməsi mümkün deyil. Oksana isə İrana qayıtmaq istəmədiyini bildirdi. Belə olan halda uşağımı mənə verməsini tələb etdim. Xalidə xanım məni polislə, həbslə hədələdi, belə təzyiqlər altında ailəmi qoyub Bakıdan qaçmalı oldum».

İsədullah Xaliqinin dediyinə görə, bu yaxınlarda ona Azərbaycanın İrandakı səfirliyindən zəng vuraraq Oksana Rövşənova ilə nikahlarına Bakıda keçirilən məhkəmə tərəfindən birtərəfli xitam verildiyini bildiriblər:

«İş orasındadır ki, mənə azyaşlı qızımla görüşməyə də imkan vermirlər. Xalidə xanım deyir ki, Bakıya gəlsən səni tutduracağıq».

Orxan Mansurzadə

Orxan Mansurzadə

«OKSANA RÖVŞƏNOVA DAXİLİ İŞLƏR ORQANINDAN XARİC EDİLİB»

İsədullah Xaliqi deyir ki, Oksana İran vətəndaşıdır, Bakıya da İran pasportu ilə, viza əsasında gəlib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə «Qaynar xətt»ə bildirib ki, Oksana Rövşənova 2007-ci ildə Nazirliyin «102» xidmətinə işə götürülüb. Bir il həmin xidmətdə çalışıb. 2008-ci ildə İran vətəndaşı İsədullah Xaliqi Obamat ilə ailə həyatı qurduğuna görə daxili işlər orqanından xaric edilib:

«Həmin vaxtdan Oksana Rövşənova ailəsi ilə İrana köçüb. O, İrana köçəndən sonra «102» xidmətinin rəisi Xalidə Baxışova ilə əlaqələri olmayıb. Oksana Rövşənova keçən il ailəsi ilə Bakıya qonaq gələndə, həyat yoldaşı ilə aralarında ailə münaqişəsi baş verib. Hətta Oksana Rövşənova avqust ayında «102» xidmətinə ərindən şikayət də edib. Ancaq «102» xidmətinin rəisinin bütün bunlarla heç bir əlaqəsi yoxdur. Oksana Rövşənova isə «102» xidmətində işləmir».

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG