Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:47

İctimai Palatadan ictimai etiraz çağırışı


İctimai Palatanın Koordinasiya Şurası bildirir ki, İsmayıllıda ən qısa müddətdə repressiya və təqiblər dayandırılmasa, qurum ümumrespublika miqyasında ictimai etiraz çağırışı ilə xalqa müraciət etmək məsələsini müzakirə edəcək.

«Dünən gecədən başlayaraq İsmayıllı rayonunda yerli hakimiyyət və məmur oliqarx özbaşınalığına qarşı kütləvi xalq etirazı başlayıb və davam edir. Hadisəni dinc şəkildə, danışıqlarla nizamlamaq, əhalinin tələblərini dinləmək əvəzinə rayona zirehli texnika, avtomatla silahlanmış qoşun yeridilib».

İctimai Palatanın Koordinasiya Şurası İsmayıllıda baş verənlərlə bağlı bəyanatında belə deyilir.

«İctimai Palata dinc əhaliyə qarşı zor tətbiqini pisləyir. Qoşun və silahlı qüvvələrin dərhal rayondan çıxarılmasını, həbs olunmuş və saxlanmış şəxslərin azad edilməsini tələb edir. Qurum hakimiyyət orqanlarını əhalinin nümayəndələri ilə dərhal danışıqlara başlamağa çağırır».

Günün bütün mövzuları

XS
SM
MD
LG