Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:13

İsmayıllı rayonu


İSMAYILLI RAYONU

İsmayıllı 1931-ci il noyabr ayının 24-də yaradılıb. Rayonun ərazisi 2074 kv.km, əhalisi iyun 2012-ci il tarixə 82000 nəfərdir.

İsmayıllı rayonu ərazisində 1 şəhər, 2 qəsəbə və 105 kənd var.

Rayon ərazisində 2 şərab zavodu, üzüm istehsalı, emalı, qablaşdırılması və ekoturizmlə məşğul olan şirkət, 2 asfalt zavodu, bir beton zavodu, 11 turizm-istirahət mərkəzi, 11 bank filialı, Telekommunikasiya qovşağı, «Azərpoçt»un rayon filialı fəaliyyət göstərir.

Rayonun müxtəlif yaşayış məntəqələrində Dağlıq Qarabağ və onun ətrafındakı rayonlardan məcburi köçkün düşmüş 854 ailə (3396 nəfər) müvəqqəti məskunlaşıb.
XS
SM
MD
LG