Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:36

DİN Gəncə Polis İdarəsinin sabiq rəisi barədə deyilənləri təkzib edir


Daxili İşlər Nazirliyi Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və Şəhər Polis İdarəsinin rəisi Rasim Musayev arasında sağlam münasibətin olmaması haqda müxtəlif KİV-lərdə əksini tapan xəbərlərə etiraz açıqlaması yayıb.

Nazirlik belə xəbərləri əsassız sayaraq, onları «qərəzli» adlandırır.

Bu səpgili xəbərlər dezinformasiya vasitəsilə Gəncənin rəhbər vəzifəli şəxslərini qarşı-qarşıya qoymaq, müxtəlif dövlət qurumları arasındakı işgüzar əlaqələrə xələl gətirmək cəhdi sayılır.

Açıqlamada Gəncə şəhərinin icra başçısı Elmar Vəliyevin fəaliyyəti təqdir edilir.

Gəncə şəhər Baş Polis İdarəsinin rəisi, general-mayor Rasim Musayev bu günlərdə tutduğu vəzifədən azad edilməsi xahişi ilə Daxili İşlər Nazirliyinə (DİN) raportla müraciət edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG