Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:01

İsa Qəmbərin müşaviri polisə çağırılıb


-
Müsavat başqanı İsa Qəmbərin müşaviri, Lənkəran şəhər sakini Yadigar Sadıqov rayon polis şöbəsinə çağırılıb.

Bunu AzadlıqRadiosuna Yadigar Sadıqovun özü deyib. O bildirib ki, Lənkəran rayon polis şöbəsinin rəis müavini Qabil Nuriyevin yanında olub.

Rəis müavini yanvarın 27-də İsa Qəmbərin Lənkərana planlaşdırılan səfəri ilə bağlı narahatçılığını bildirib. Yadigar Sadıqov deyir ki, yanvarın 27-də Müsavat partiyasının rayon təşkilatın tədbiri var. İsa Qəmbər o tədbirdə iştirak edəcək:

«Bu barədə icra hakimiyyətinə məktub yazmışıq, tədbir üçün qapalı yer istəmişik. Polisdə bizə dedilər ki, tədbir keçirmək olmaz. Mən onlara başa saldım ki, İsa Qəmbər Lənkərana qonaq kimi gəlir. Azərbaycan vətəndaşının ölkə ərazisində sərbəst hərəkət etmək hüququ var. Rəisin bizi qəbul edəcəyini bildirdilər. Lakin bir neçə dəqiqədən sonra getməyimizi məsləhət gördülər. Ola bilsin ki, rəislə sabah görüşümüz olsun».

Yadigar Sadıqov deyir ki, tədbirin keçirilməsi üçün yer verilməsə, onlar Müsavat üzvlərin birinin həyətində toplaşacaqlar.

Lənkəran polis şöbəsinin növbətçi hissəsinin telefonu borca görə qapandığı üçün polislə əlaqə saxlaya bilmədik.

Günün bütün mövzuları

XS
SM
MD
LG