Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:08

Keçən il vətəndaşlardan 12 minə yaxın rüşvət şikayəti olub


Arxiv foto.
Arxiv foto.

Keçən il vətəndaşları korrupsiya və rüşvətxorluqla bağlı 1198 müraciətinə baxılıb, 229 cinayət xarakterli material araşdırılıb. Cinayət xarakterli materialların 58%-i üzrə cinayət işi başlanıb, digər məlumatlar üzrə qabaqlayıcı tədbirlərin görülüb.

Bu məlumatlar yanvarın 23-də Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyevin ötən ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında səslənib.

Rəsmi məlumatda bildirildiyinə görə 2012-ci ildə İdarənin 161 saylı «Qaynar xətt»inə 5143 müraciət daxil olub.

Əməliyyat tədbirləri nəticəsində cinayət başında yaxalanmış şəxslər barəsində 29, o cümlədən korrupsiya hüquqpozmalarla bağlı 4 cinayət işi başlanıb. Qeyd olunan cinayət işlərindən 23-ü üzrə məhkəməyə göndərilib.

Respublika Prokurorluğunun məlumatında deyilir ki, ötən illərlə müqayisədə 2012-ci ildə rüşvət alma ilə istintaq olunan cinayət işlərinin sayı artıb.

2012-ci ildə məhkəmələrə göndərilmiş cinayət işləri üzrə vurulmuş 52 milyon 128 min manat ziyandan ibtidai araşdırma mərhələsində 25 milyon 972 manat və ya 49,82% ödənilib.

2012-ci il ərzində 3 prokurorluq işçisi haqda məhkəmə hökm çıxarıb. İdarənin Daxili Təhlükəsizlik Xidmətinin apardığı araşdırmalar nəticəsində 4 prokurorluq əməkdaşı intizam tənbehi ilə cəzalandırılıb. Onlardan biri tutduğu vəzifədən azad edilib, biri isə prokurorluq orqanlarından xaric edilib.

Bunlar Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin keçən il gördüyü işlər barədə verdiyi rəsmi məlumatdır.

Amma ölkədə korrupsiya ilə mübarizənin effekti barədə tənqidi fikirlər də çoxdur. Təndiqçilər daha xırda məbləğli rüşvət və korrupsiya faktlarının üstünün açıldığını, külli miqdarda dövlət vəsaitlərinin mənimsənməsinin qarşısını isə bu idarənin ala bilmədiyini deyirlər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG