Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:01
Azərbaycan prezidenti İlham Əliyev Davosda keçirilən Beynəlxalq İqtisadi Forum çərçivəsində CNN telekanalının müxbiri Richard Kvestə müsahibə verib.

Riçard Kvest: “BP şirkəti Rusiyanın “Rosneft” şirkəti ilə müqavilə imzalayıb.
Azərbaycan bp-nin ruslardan ona qarşı təzyiq vasitəsi kimi istifadə etməsindən nə dərəcədə narahatdır”.

Prezident İlham Əliyev: “Əslində heç bir narahatlıq yoxdur. BP Azərbaycanda 1994-cü ildən, yəni artıq 20 ildir ki, fəaliyyət göstərir. Dostluq və qarşılıqlı tərəfdaşlığa əsaslanan münasibətlərimiz var.
Bundan başqa, əməkdaşlığımız bundan sonra ən azı 20 il də davam edəcək.
Bizim bp ilə reallaşması gələcəyə hesablanmış layihələrimiz var.
Buna görə də düşünmürəm ki, bp digər tərəfdaşları ilə qarşısına hansısa məqsədi qoyub”.

Dövlət başçısı müsahibəsində qlobal iqtisadi böhranın Azərbaycan iqtisadiyyatına təsiri ilə bağlı sualı da cavablandırıb.
O, Azərbaycan iqtisadiyyatının ümumilikdə çox stabit olduğunu və hətta böhran illərində də inkişaf etdiyini deyib.

İlham Əliyev həmçinin Avropa Birliyi ilə müqayisədə ABŞ iqtisadiyyatının daha stabil olduğunu bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG