Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 06:36

Heydər Əliyevin heykəli Mexikonun mərkəzindən köçürüləcək


Foto arxiv
Foto arxiv
Mexiko-nun meri Miguel Angel Macera bildirib ki, Heydər Əliyevin heykəlinin yeri dəyişdiriləcək.

BBC-nin məlumatına görə mer heykəlin parkdan bu həftə götürüləcəyini deyib.
Amma onun hara qoyulacağı hələ ki, bəlli deyil.

Mer Azərbaycan səfirliyi ilə müzakirə əsasında heykələ başqa ərazidə bir yer ayrılacağını bildirir.

Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin heykəli ötən ilin avqustunda Mexikonun mərkəzində salınan Meksika-Azərbaycan Dostluq Parkında ucaldılıb.

Amma yerli insan haqları fəallarının keçirdikləri etiraz aksiyasından sonra Mexiko rəhbərliyi Heydər Əliyevin heykəlinin həmin parkda qalıb-qalmamasına yenidən baxılacağını bildirmişdi.
XS
SM
MD
LG