Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:16

Heydər Əliyevin heykəli bu həftə Mexikonun mərkəzindən götürülür


Heydər Əliyevin Mexikodakı heykəli.

Heydər Əliyevin Mexikodakı heykəli.


Meksikanın paytaxtı Mexikonun meri Miguel Angel Macera bildirib ki, Azərbaycanın sabiq prezidenti Heydər Əliyevin heykəlinin yeri dəyişdiriləcək.

BBC-nin məlumatına görə mer heykəlin parkdan bu həftə götürüləcəyini deyib. Amma onun hara qoyulacağı hələ bəlli deyil.

Mer Azərbaycan səfirliyi ilə müzakirə əsasında heykələ başqa ərazidə bir yer tapılacağını bildirir.

Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin heykəli ötən ilin avqustunda Mexikonun mərkəzində salınan Meksika-Azərbaycan Dostluq Parkında ucaldılıb.

Həmin park Azərbaycan dövlətinin ayırdığı maliyyə hesabına bərpa olunub, müqaviləyə əsasən də heykəl 99 il parkda qalmalı idi.

AFP agentliyi Azərbaycan səfirliyinin şəhərdə iki parkın təmiri və heykəlin ucaldılmasına 5 milyon dollar xərclədiyini yazır.

Amma yerli insan haqları fəallarının keçirdikləri etiraz aksiyasından sonra Mexiko rəhbərliyi Heydər Əliyevin heykəlinin həmin parkda qalıb-qalmamasına yenidən baxılacağını bildirmişdi.

Yerli fəallar Heydər Əliyevi diktator kimi təqdim edərək onun heykəlinin şəhərin mərkəzində olması ilə razılaşmayacaqlarını deyirdilər.

Bunun cavabında Azərbaycanın Meksikadakı səfirliyi bildirmişdi ki, heykəl yerindən tərpədilsə, Bakı bu ölkəyə nəzərdə tutulan sərmayə yatırımlarını kəsə bilər.

BBC Azərbaycanın Meksikadakı səfirliyinə istinadla bildirir ki, neftlə zəngin Azərbaycanın Meksikada 4 milyard dollara yaxın sərmayələri var.

Azərbaycan səfirliyi bildirir ki, Heydər Əliyevin heykəli ilə bağlı mübahisə əslində erməni diasporunun yaydığı yanlış informasiyaların nəticəsidir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG