Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:33

İran casusluqda ittiham etdiyi Slovakiya vətəndaşını həbs edib


İran hakimiyyəti Slovakiya Xarici İşlər Nazirliyi nümayəndəsinin casusluq ittihamı ilə həbs edilmiş Slovakiya vətəndaşı Matee Balukhla görüşməsinə icazə verməyib.

Bu barədə Slovakiya Xarici İşlər Nazirliyinin əməkdaşı Boris Gandel məlumat verir.

İran kütləvi informasiya vasitələrinin bundan əvvəl verdikləri məlumata görə, Balukh ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə məxfi informasiyalar ötürdüyünü etiraf edib.

Məlumatlara görə, 26 yaşlı Balukh İrana ötən ilin yayında gedib.
O telekommunikasiya sahəsində çalışırmış.

Günün bütün mövzuları

XS
SM
MD
LG