Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:49

AXCP fəalı vərəqə paylamaq ittihamı ilə 7 sutka həbs cəzası aldı



Nəsimi rayon məhkəməsi AXCP fəalı Paşa Dadaşova 7 sutka həbs cəzası verib. Bu haqda məlumatı AzadlıqRadiosuna partiyadan veriblər.

Məlumatda deyilir ki, Paşa Dadaşov yanvarın 21-də metronun «Memar Əcəmi» stansiyası yaxınlığında Medya TV-nin tezlik göstəriciləri yazılmış vərəqə paylayırmış. Bu tezlikdə «Azərbaycan saatı» proqramı yayımlanır.

Paşa Dadaşovun da vərəqələri payladığına görə saxlanaraq Nəsimi Rayon 19-cu polis bölməsinə apardığı bildirilir.

Yanvarın 22-də isə Nəsimi Rayon Məhkəməsində AXCP fəalına 7 sutka həbs cəzası verilib.
Paşa Dadaşov Binəqədidəki müvəqqəti saxlama təcridxanasında olduğu deyilir.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə AzadlıqRadiosuna deyib ki, AXCP fəalı vərəqə yaydığına görə saxlanmayıb. «O, sərxoş halda olub və ictimai asayişi pozub» deyən, Orxan Mansurzadənin sözlərinə görə, Paşa Dadaşov polisin ictimai qaydanı pozmamaq tələbinə əhəmiyyət verməyib. Buna görə də AXCP fəalı polis bölməsinə aparılıb, haqqında İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun protokol tərtib edilərək, iş məhkəməyə göndərilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG