Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:15
Rusiyanın xarici işlər naziri Sergei Lavrov Suriya müxalifətini münaqişənin həlliylə bağlı sülh cəhdlərini pozmaqda günahlandırıb.

O bunu bu gün Moskvada keçirdiyi mətbuat konfransında deyib.

Lavrov qeyd edib ki, əsas maneə müxalifətin Bashar Assadı devirmək ideyası və bu məsələdə tərsliyidir.

Lavrov həmçinin qeyd edib ki,Suriya müxalifətinin bu cür mövqeinə görə bir sıra Qərb və Yaxın Şərq ölkələri cavabdehlik daşıyırlar.

O bildirib ki, Rusiyanın Suriya münaqişəsində heç bir geosiyasi məqsədi yoxdur.
Moskvanın əsas məqsədi qantökülməsini dayandırmaq və Suriya xalqını xilas etməkdir.

Lavrov hazırda 77 Rusiya vətəndaşının Suriyadan çıxarıldığını bildirib.

BMT-nin son məlumatına görə, 2 ilə yaxındır ki, Suriyada davam edən münaqişədə 60 mindən çox adam ölüb.
XS
SM
MD
LG