Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:59

ABŞ-da hakim demokrat partiyasının simvolu ulaqdır,
müxalifətdəki respublikaçılar partiyasının rəmzi fildir.

İndi Rusiyada da hakim Vahid Rusiya partiyasından deputat təklif edir ki, Rusiyanın siyasi partiyaları da heyvan rəmzləri götürsünlər.

35 yaşlı deputat Aleksandr Sidyakinin bu təklifdə məntiqi belədir: Rusiyada partiyalar o qədər çox və rəngarəngdir ki, seçici qarışıq salır, yadda saxlaya bilmir. Heyvan rəmzləri olsa, seçici üçün asan olar.

Sidyakin təklif edir ki, kommunist partiyası öz oraq-çəkic simvolunu sığına dəyişsin. Yabloko partiyasının rəmzi porsuq olsun.

PARNAS-a siçovul rəmzi təklif olunur

PARNAS-a siçovul rəmzi təklif olunur

HAKİM PARTİYAYA AYI, MÜXALİFƏTƏ SİÇOVUL

Sidyakinin fikrincə, burda xətirə dəyiləsi heç nə yoxdur. Hakim Vahid Rusiya partiyasının emblemində məsələn, ayı şəkli var. Sidyakin hakim partiyaya elə ayını rəmz kimi götürməyi təklif edir.

Deputatın fikrincə, Boris Nemtsovun həmsədr olduğu PARNAS partiyası isə rəmz kimi siçovulu götürsün, digər partiyalar isə istəyirlər siçan götürsünlər, istəyirlər ilan.

Sidaykin öz təklifinin rasional tərəfinə də toxunub. O deyir ki, hazırda 55 partiya seçkidə iştirak etmək istəyir. Onların əksəriyyətinin absurd adları var.
Onların hamısının adı yazılanda seçki bülleteninin uzunluğu 2 metrdən çox olur. Seçici çaş-baş qalır.
Əgər heyvan şəkilləri qoyulsa, bir səhifədə hamını görmək mümkün olacaq.

Sidyakin öz bloqunda yazır ki, “mən partiyaları heyvan rəmzləri ilə canlandırmağı təklif edirəm”.

Ancaq Sidyakinin təklifi müxalifət partiyalarının qəzəbinə səbəb olub.

Sidyakinin xoruz rəmzini təklif etdiyi Ədalətli Rusiya partiyasının lideri Sergey Mironov RİA Novosti agentliyinə deyib ki, hakim partiya getsin. cari problemlərlə məşğul olsun.

Yabloko partiyası Sidyakinin təklifini cəfəngiyyat adlandırıb.

KLİNİK ÖLÜM

Müxalifətin fikrincə, problem seçicinin partiyaları qarışıq sala bilməsindədirsə, bunu Kreml qəsdən edir ki, partiyaların sayı çox olsun, partiyalar çox olduqca həqiqi müxalifət partiyaları bunların içərisində itib-batsın.

Liberal şərhçi Konstantin Eggert deyir: “partiya karikaturalarına və parlamentə onsuz da keçə bilməyən partiyalara qeydiyyatın başlanması Kremlin Rusiya parlamentarizmini klinik ölüm həddinə gətirmək cəhdidir”

Sidyakinin təklifinə gəlincə, hakim partiya – Vahid Rusiya bildirib ki, o öz emblemindən razıdır və dəyişdirməyə lüzum görmür.

Biznes fəaliyyətində ittiham olunaraq deputatlıqdan uzaqlaşdırılmış müxalifət nümayəndəsi Gennady Gudkov isə Twitterdə yazıb ki, hakimiyyət “olmaz” taktikasından müxalifəti səy yerinə qoymaq taktikasına keçir


Bu ideya Azərbaycana tətbiq olunsa, Azərbaycanda hansı siyasi partiyaya hansı heyvan simvolu uyğun olardı?

Günün bütün mövzuları

XS
SM
MD
LG