Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:30

Zahid Sarıtorpaqdan yeni şeir kitabı


-

Şair Zahid Sarıtorpağın təzə şeirlər kitabı işıq üzü görüb.

Teleqraf.com-un məlumatına görə, “Tək işığın haləsi” adlanan kitaba şairin son illərdə yazdığı şeirlər daxildir.

265 səhifədən ibarət kitabı “Şirvannəşr” çap edib.

Zahid Sarıtorpaq 1957-ci ildə Şamaxı rayonunda anadan olub.

Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Şairin bundan öncə “Üfürülmüş çırağın ruhu” adlı şeirlər kitabı nəşr olunub.
XS
SM
MD
LG