Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:53

«İcra nümayəndəsinin fəaliyyətini tənqid etdim, məni döydü»


Arxiv foto: Şəki
Arxiv foto: Şəki
-

«Əvvəldən hazırlanmış adamlar çıxıb onun fəaliyyətini tərifləyirdi. Mən də qarşıya çıxıb onun fəaliyyətini tənqid elədim. İcra nümayəndəsi məni itələyib danışdığım yerdən aşağı düşürtdü, qardaşı ilə birləşib məni vura-vura zaldan çıxartdılar».

Şəkinin Kiş kəndində yaşayan Rasim İsaqov «Qaynar xətt»ə kəndin icra nümayəndəsi Mürvət Yusifovdan şikayət edib. Onun deməsinə görə, yanvarın 18-də icra nümayəndəsi kənddəki 1 saylı orta məktəbdə sakinlər qarşısında illik hesabat verirmiş. O da icra nümayəndəsinin illik fəaliyyətinə qeyri-kafi qiymət verilməsini xahiş edib.

Kiş sakini: «Bildirdim ki, bu adam kənddə iş görmür. Yol, su problemlərindən, kəndin işıqlandırılmamasından, işıq dirəklərinin bərbad vəziyyətdə olmasından danışdım. Xoşuna gəlmədi».

Kiş kənd icra nümayəndəliyindən «Qaynar xətt»ə deyilənləri təkzib etsələr də, icra nümayəndəsi Mürvət Yusifovun özündən deyilənlərə aydınlıq gətirməyə çalışdıq. İki gün ərzində icra nümayəndəsi mobil telefonuna etdiyimiz zənglərə və yazdığımız mesaja cavab vermədi.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə «Qaynar xətt»ə bildirib ki, yanvarın 19-da Kiş kənd sakini Rasim İsaqov kənd icra nümayəndəsi tərəfindən döyülməsi barədə Şəki rayon Polis Şöbəsinə rəsmi şikayət edib. Ərizə vəzifəli şəxsdən olduğundan araşdırılması üçün Şəki rayon Prokurorluğuna göndərilib və bu barədə Rasim İsaqova rəsmi məlumat verilib.

Şəki rayon Prokurorluğundan isə bildirilib ki, şikayət ərizəsi araşdırılır.
XS
SM
MD
LG