Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:06

Mərhumun ağzından 4 dişi çıxarılıb


Arxiv foto: Astara gömrüyü
Arxiv foto: Astara gömrüyü
-

Astara şəhər sakini, 64 yaşlı Südabə Əliyeva İrana gedərkən vəfat edib. Hadisə sərhəd keçid məntəqəsindəki körpüdə baş verib. Azərbaycan sərhədçiləri dərhal meyiti Astaraya qaytarıblar.

İlkin tibbi-ekspertiza onun ürəktutmasından öldüyünü bildirib.

Mərhumun qardaşı Cavanşir Əliyev AzadlıqRadiosuna bacısının ağzındakı dörd qızıl dişin yoxa çıxdığını deyir. O, «biz bunu mərhuma qarşı təhqir sayırıq» söyləyib.

Ailə bununla bağlı prokurorluğa müraciət edib. Onlara bu işin araşdırılacağı deyilib.

Astara rayon Polis İdarəsi hadisədən xəbərsiz olduğunu bildirib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG