Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:28

«Binədə «üsyançı ovu»


Mətbuat icmalı
Mətbuat icmalı
-

Yanvarın 23-də çıxan bir neçə qəzetin manşeti Gəncə Baş Polis İdarəsinin rəisi Rasim Musayevin vəzifədən getməsi və bu yöndəki versiyalarla bağlıdır. Qəzetlər polis rəisinin işdən uzaqlaşdırılmasını icra başçısı Elmar Vəliyevlə aralarında münaqişə olması ilə bağlayırlar.

«Bizim yol» yazır: «Rasim Musayev yanvarın 20-də Şəhidlər Xiyabanında mikrofon alaraq, icra başçısını şəhidlərə hörmətsizlikdə günahlandıran şəhid anasını həbs etməkdən imtina edib». İcra başçısı qəzetə açıqlamasında Rasim Musayevlə problemi olmadığını bildirib.

«BİNƏDƏ «ÜSYANÇI OVU»

«Azadlıq» «Binədə «üsyançı ovu» başlıqlı məqalədə yazır: «Sahibkarlardan şəxsiyyət vəsiqəsinin sürətini tələb edirlər. Bunda məqsəd ticarətçilər arasında xof yaratmaq, həm də pul qazanmaqdır. Aksiyaya çıxanların bir neçəsindən 3-4 min manat pul alındığı deyilir».

«ERMƏNİLƏR UÇSA, VURACAĞIQ»

Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu «Yeni Müsavat»a deyib: «Ermənilər uçsa, vuracağıq». Söhbət Ermənistanın Xankəndi aeroportuna uçuşları həyata keçirmək niyyətindən gedir. «Silahlı Qüvvələrimiz imkan verməz ki, düşmən dövlətin təyyarəsi hava məkanımızı pozsun».

2013-CÜ İL MÜHÜM MƏRHƏLƏ OLACAQ

«Azərbaycan» qəzetinə məqaləsində prezident yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov yazır: «2013-cü il Azərbaycanın sosial-iqtisadi və mədəni inkişafında mühüm mərhələ olacaq». Məqalə müəllifinə görə, «Zəngin Ermənistana doğru» seçkiqabağı şüar isə erməni xalqının tarixində növbəti avantüra nümunəsi kimi qalacaq.

«ANTİMİLLİ MÜXALİFƏT ÜNSÜRLƏRİ...»

«Yeni Azərbaycan» «5 qəpiklik kampaniya»dan bəhs edir: «Antimilli müxalifət ünsürləri də sözügedən 5 qəpiklik kampaniyaya dəstək verib. Bu düşərgə nəzər almalıdır ki, onların özlərinin fəaliyyəti 5 qəpiklik şoudan başqa bir şey deyil. Təbii ki, həmişə olduğu kimi bu 5 qəpiklik siyasi şou da iflasa uğrayacaq».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG