Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:23

İsraildə keçirilən seçkilərdə günün yarısınadək 46,6 faiz seçici iştirak edib


Foto arxiv

Foto arxiv

İsraildə keçirilən parlament seçkisində günün yarısınadək 46,6 faiz seçici iştirak edib.

Bu barədə ölkənin mərkəzi seçki komissiyası xəbər verir.

Baş nazir Benjamin Netanyahunun rəhbərlik etdiyi keçmiş hakim koalisiyanın qalib gələcəyi gözlənilir.

Bu koalisiyaya “Likud” və millətçi “İsrail bizim evimizdir” partiyaları daxildir.
Netanyahi səs verdikdən sonra deyib.

Həmçinin qatı sağ millətçi “Yəhudi evi” partiyasının parlamentdə 3-cü böyük fraksiya olacağı gözlənilir.

Partiyanın lideri Naftali Bennet müstəqil Fələstin dövlətinin qatı əleyhdarlarından biridir.

Bu partiya əsasən gənclər və keçmiş Sovet ölkələrindən olan seçicilərə arxalanır.

Vaxtından əvvəl seçkilərə səbəb hökumətin yeni büdcə layihəsində razılığa gələ bilməməsi olub.

Seçkinin rəsmi nəticələri sabah bəlli olmalıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG