Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:48

Jirinovski təklif edir ki, Rusiya Türkiyədən nümunə götürsün


Vladimir Jirinovski

Vladimir Jirinovski

-

“Menecer” yox, “upravlyauşşi”...

Qalmaqallı rus siyasətçisi Vladimir Jirinovski təklif edib ki, rus sözlərinin yerinə əcnəbi sözlər işlədən jurnalistlər, müəllimlər, yazıçılar, alimləri ya cərimə edilsin, ya da işdən qovulsun.

Liberal Demokrat Partiyasının sədri və deputat olan Jirinovski Dövlət Dumasını bununla bağlı qanun qəbul etməyə çağırıb.

Deyir ki, onun özü dilçilər tutub ki, bu haqda qanun layihəsi hazırlasınlar.

Deputat yanvarın 22-də jurnalistlərə açıqlamasında deyib ki, rus qarşılığı olduğu halda əcnəbi sözlər işlətmək yolverilməzdir, onun fikrincə,

Dili “zibildən təmizləməyin vaxtı çatıb”

Onun fikrincə, dili xüsusən də amerikanizmlərdən təmizləmək lazımdır, onun fikrincə, bunlar “əsl işgəncədir”.

“Kommersant FM” radiosuna müsahibəsində Jirinovski onu boğaza yığan bəzi sözləri misal da çəkib: diler, treyder, menecer və s.

O uzun müddətdir rus dilində işlənən bəzi əcnəbi sözləri də hədəfə alıb, məsələn alman dilindən alınma “parikmaxer” sözünü.

Jirinovski bunun əvəzinə “strijax” sözünü təklif edir. Baxmayaraq ki, rus dilinin hazırkı izahlı lüğətlərində belə bir söz yoxdur.

“Yoxsa almanlar deyəcəklər ki, bunların öz sözləri yoxdur” – deyə Jirinovski əlavə edib.

O, fransız sözlərinə də hücuma keçib.

Deyib ki, restoran, kafe, bar kimi sözlərə rus dilində yer olmamalıdır, çünki hamısının rus dilində gözəl qarşılığı var.

O, belə sözlərdən birini misal da çəkir: “zakusoçnaya”.

Jirinovskinin bəyənmədiyi əcnəbi sözlərdən biri də “prezervativ”dir.

Onun fikrincə, bunun əvəzində “predoxranitel”, yəni rusca qoruyucu sözü işlənməlidir.

Jirinovski hesab edir ki, bunun maarifçilik baxımından da xeyri olar: “Çünki uşaqların çoxu “prezervativ”in nə olduğunu anlamır”.

Jirinovski “diler” əvəzinə “posrednik”, “butik” əvəzinə “lavka” işlədilməsinə tərəfdardır.

O, dildəki əcnəbi sözlərlə mübarizə məsələsində Türkiyəni misal çəkib - 20-ci əsrin ikinci yarısında orada fransız, fars, ərəb sözlərinin türk dilindən təmizlənməsi siyasətinin yürüdülməsini.

Deputat ən çox jurnaistlərə barmaq silkələyib.

O, dilin ən çox media əhli tərəfindən korlandığını düşünür.

Onun əsas hədəfi isə müxalifyönlü “Dojd” telekanalı olub

Orada "Hard Day's Night" (Çətin günün gecəsi) adlı proqram da var.

Jirinovski düşünür ki, həmin kanal belə getsə axırda tamamilə ingilisdilli olacaq.

Onun hazırlatdırdığı qanun layihəsində isə ağır cəzalar olacaq. Əcnəbi söz işlədənlər hətta işdən də qovula bilərlər.

Jirinovski deyir ki, bu, qətiyyən populist addım deyil, yeganə məqsədləri rus mədəniyyətini qorumaqdır.

Onun sözlərinə görə, qanunda istisnalar da olacaq, məsələn, əgər fransız dilindən alınma “qaloş” sözünün rus dilində alternativi yoxdursa, onu işlətmək olar...

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG