Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:14

"Binə" və "Sədərək" ticarət mərkəzlərinin sahibkarları vergi ödəməli olacaqlar


"Binə" və "Sədərək" ticarət mərkəzlərinin sahibləri bu il ərzində sahibkarlardan vergi tutulması ilə bağlı bütün məsələləri həll etməlidirlər.

Trend-in məlumatına görə, bunu çərşənbə axşamı vergilər nazirinin birinci müavini Natiq Əmirov mətbuat konfransında deyib.O qeyd edib ki, orada işləyən bəzi sahibkarlar hesab edir ki, onların ödəməli olduqları vergi obyektin icarə dəyərinə daxildir, amma qanunsuzdur və daha çox sahibkarların günahıdır.

Onun sözlərinə görə, bu ticarət mərkəzlərində kassa aparatlarının quraşdırılmasına ötən il başlanıb və orda nazirliyin servis məntəqələri işləyir.

Nazir müavini qeyd edib ki, 2013-cü ildə bütün topdansatış məntəqələrində kassa aparatlarının quraşdırılması prosesi başa çatacaq.
XS
SM
MD
LG