Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 11:16

Dünyada işsizlik artır, Azərbaycanda azalır


Moskvada Çerkizov bazarında gəlmə işçilər

Moskvada Çerkizov bazarında gəlmə işçilər

-
BMT-nin Beynəlxalq Əmək Təşkilatı 2013-cü ildə Dünyada Məşğuluq Meylləri adlı hesabat yayıb.

İŞSİZLİK ARTACAQ

Hesabata görə, hazırda dünyada 197 milyon nəfər işsizdir. Onun 39 milyonu artıq uzun müddətdir işsiz olduğundan, yeni iş axtarmır da. 2012-ci ildə işsizlərin sayı 4 milyon artıb. Təkcə bu il 5.1 faiz də daha da artacaq və işsizlərin sayı 202 milyona çatacaq.

Hazırda dünyanın əsas iqtisadi mərkəzlərində - ABŞ-da işsizlik 7.8 %, Avropa Birliyində 11.8%-dir. Beynəlxalq Valyuta Fondunun (İMF) proqnozuna görə isə, bu il iqtisadi inkişaf əvvəl gözlənəndən də az olacaq - cəmi 3.6 % səviyyəsində. Üstəlik – rəqəmlərdəki inkişaf da iş yerlərinin yaranması mənasına gəlmir. Fondun İcraçı Direktoru Christine Lagard ötən həftəki çıxışında dünya hökumətlərini iş yerləri yaradacaq real iqtisadi inkişaf üçün çalışmağa çağırmışdı.

Beynəlxalq Əmək Təşkilatı isə açıqca bəyan edir ki, hökumətlərin büdcə kəsirini azaltmaq üçün ixtisar və qənaət siyasətləri üzündən işsizlik daha ciddi problemə çevrilir.

GƏNCLƏRİN İŞSİZLİYİ

Hesabata görə, gənclər arasında işsizlik daha ciddi problemdir. Hazırda dünya üzrə 73.8 milyon gənc işsizdir. Bu il daha yarım milyon gənc işini itirəcək. Yəni hazırda əmək qabiliyyətli gənclərin dünya üzrə 12.6 faizi işsizdirsə, 2017-ci ilə qədər bu rəqəm 13 faizə çatacaq.

ŞƏRQİ AVROPA VƏ MDB ÖLKƏLƏRİ

Dünya üzrə bədbin proqnozların fonunda təşkilat hesab edir ki, Azərbaycanın da aid olduğu Mərkəzi – Şərqi Avropa regionu və MDB dövlətlərində vəziyyət daha ürəkaçandır.

Əmək Təşkilatının rəsmi statistikaya əsasən yazdığı hesabata görə, regionda 2009-cu ildə 10.1 % olan işsizlik 2012-ci ildə 8.2 %-ə enib. 2017-ci ilə qədər işsizliyin 7.9 faizə düşməsi gözlənilir.

Hesabata əsasən, özəlliklə enerji resurslarının ixracı ilə qazanan Rusiya, Qazaxıstan, Azərbaycan kimi dövlətlərdə vəziyyət fərqlənir.

Rusiyada 2012-ci ildə 648 min iş yeri yaradılıb, indi işsizlərin sayı 5.8%-dir. Qazaxıstanda demək olar ki, 5% səviyyəsinə enib.

AZƏRBAYCAN, RUSİYA VƏ ERMƏNİSTAN GƏNCLƏRİ
Gənclər arasında işsizlərin sayına gəldikdə isə Rusiyada 2012-ci ildə 15.8 faiz olan bu rəqəm Azərbaycan 11 faiz olub. Ən yüksək rəqəm isə Ermənistandadır, 39.1 faiz.


Ümumi məşğulluğa gəldikdə isə, Azərbaycanda əmək qabiliyyətli əhalinin 68 faizə yaxını iş yerlərində çalışır, qalanı fərdi təsərrüfatlarda. Ermənistanda və Rusiyada 70, Qazaxıstan və Qırğızıstanda isə 80 faizə yaxındır.

Azərbaycanda əhalinin 45, Ermənistanda isə 49 faizi qeyri-rəsmi işlər görür. Ən yüksək rəqəm Qırğızıstandadır, 68 faizi.

Ancaq işləmək heç də təmin olunmaq anlamına gəlmir. Məsələn regionda işi olanların 20 faizə yaxını güclə dolanır, 4.6 faizi aclıq həddində yaşayır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG