Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:57

Mehriban Əliyeva Pakistanda ilin adamı elan edilib


Mühriban Əliyeva
Mühriban Əliyeva
Pakistanın “Daily Times” qəzeti və Qadın Könüllülər Təşkilatı Azərbaycanın birinci xanımı və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanı “Humanizm simvolu–2012-ci ilin adamı” elan edib.

O bu ada Heydər Əliyev Fondunun 2012-ci ildə bu ölkədə təhsil və səhiyyə sahəsində gördüyü işlərə görə layiq görülüb

2007-ci ildə Mehriban Əliyevanın rəhbərlik etdiyi fond Pakistanın zəlzələdən zərər çəkmiş Müzəffərabad şəhərində qızlar məktəbi tikilib, ölkəyə silsilə humanitar yardımlar proqramı çərçivəsində “Edhi Home” kimsəsizlər evində sığınacaq tapan uşaqlara tibbi baxış və hepatit B virusuna qarşı peyvəndləşdirmə aparıb, Peşavar şəhərində “Akbar Care” Serebral Paraliç İnstitutunda, həmçinin Xeybər Paxtunxva əyalətinin Laki Marvat şəhərinin qadınlar və uşaqlar xəstəxanasında imkansızlar üçün pulsuz müayinə təşkil edib, bu kimi digər hümanitar tədbir və layihələr həyata keçirib.
XS
SM
MD
LG