Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:32

Amnesty International Eynulla Fətullayevlə əməkdaşlığı bitirir


Eynulla Fətullayev
Eynulla Fətullayev
Amnesty Internaational təşkilatının nümayəndəsi Natalia Nozadze Azadlıq radiosuna bildirib ki, Amnesty INt. Eynualla Fətullayevi uzun müddət vicdan məhbusu kimi müdafiə edib və onun azad edilməsi üçün kampaniya aparıb.

Amma bu günlərdə o Brüsseldə Almaniya ilə bağlı keçirdiyi tədbirdə bizim razılığımız olmadan bizim təşkilatın adından istifadə etməyə çalışıb.

Biz buna rəsmi etiraz etdikdən sonra bele o bunu etməkdən çəkinməyib.
Biz buna təəssüf bildiririk.

Eynulla Fətullayev isə Strasburgda kecirdiyi tədbirdə təşkilatın bu mövqeyine təəccüb bildirib.

“Amnestynin mövqeyi ikili standartlardan xəbər verir. Bizim təqdim etdiyimiz film
Almaniyadakı insan haqlarının vəziyyəti barədədir.
Filmdə bu təşkilatın nümayəndəsi ekspert qismində danışıb və musahibə verib.
Biz bundan nə üçün istifadə etmeyek.
Biz azad dunyada yaşayırıq.
Amnestynin buna qarşı çıxmasını anlamaq olmur.
Təhlükəli tendensiya yaranır.
Bir çox ölkələr toxunulmazlıq imuniteti iddiasındadır."-deyə o vurğulayır.

***
Amnesty International (Aİ) beynəlxalq hüquq-müdafiə təşkilatı hüquq müdafiəçisi Eynulla Fətullayevlə əməkdaşlığı dayandırır. Bu barədə qurum bəyanat yayıb.

Aİ-nin Qafqaz və Ukrayna üzrə kampaniyaçısı Max Tucker yazır ki, qurum vaxtilə vicdan məhbusu olmuş Eynulla Fətullayev üçün 4 il kampaniya aparıb:

«Bir müddət əvvəl, o, Amnesty International-ın Almaniya ofisindən Almaniyada insan haqları pozuntuları barədə Brüsseldə özünün təşkil etdiyi tədbirə qatılmaq üçün bir spiker ayrılmasını xahiş etdi. O, bu tədbirin Alman Marşal Fondu (German Marshall Fund) və Qara Dəniz Fondunun (Black Sea Trust) maliyyələşdirdiyini bildirdi. Aİ-nin Beynəlxalq Katibliyi (International Secretariat), Almaniyadan xahiş etdi ki, bu tədbirə spiker göndərməkdən boyun qaçırsın. Qara Dəniz çevrəsindəki ölkələr üçün təsis edildiyindən, Qara Dəniz Fondunun həmin ölkələrin əvəzinə Almaniya üzrə bir layihəyə onlarca min avro xərcləməsi də şübhəli göründüyünə görə, onlarla əlaqə saxlamaq qərarına gəldik... İştirakdan imtinamıza baxmayaraq, Eynulla Fətullayev Aİ spikerinin də daxil edildiyi tədbir gündəmini yaymağa başladı. O, həmçinin Aİ-nin iştirakını iddia edərək, tədbirə dəstək qazanmağa çalışdı. Daha sonra Qara Dəniz Fondunun bu tədbiri maliyyələşdirmədiyini müəyyənləşdirdik. Bu səbəbdən Eynulla Fətullayev və onun «İnsan Hüquqları Uğrunda» Azərbaycan İctimai Birliyi təşkilatı ilə hər hansı əməkdaşlığı dayandırmaq qərarına gəldik. Eynulla Fətullayevin bizi dəstəkçi və ya tərəfdaş təşkilat kimi təqdim edən hər hansı iddiasına əhəmiyyət verilməməlidir. Onun sayt və videosunu (thedecline.info dan izlənə bilər) artıq hökümətyönlü xəbər agentlikləri təşviq edir. Bu sayt, adətən, Azərbaycanda üzə çıxarılan insan haqları pozuntularına eyni dərəcədə Almaniyada da rastlanması barədə yanlış təsəvvür yaratmağa çalışır və bu iddianı dəstəkləmək üçün Amnesty International-ın Almaniyadakı insan haqları pozuntularına qarşı tənqidlərindən yararlanır».

Amnesty International bildirir ki, görünür, bu çox təəssüfləndirici haldan Azərbaycan hökuməti öz ölkəsində insan haqları pozuntuları barədə Avropadan gələn tənqidi zəiflətmək üçün istifadə edir.

«BELƏ ÇIXIR Kİ, QƏRB DÖVLƏTLƏRİNİ TƏNQİD ETMƏK OLMAZ»

Eynulla Fətullayev isə Facebook səhifəsində Amnesty International-a cavab verib. Onun fikrincə, bu bəyanat Amnesty-nin özü üçün çox təhlükəli bir presedentə çevrildi. Artıq tənqidə icazə verilməyən dövlətlərin dairəsi cızılır və bu, beynəlxalq hüquq-müdafiə hərəkatı üçün ciddi bir siqnaldır. Belə çıxır ki, Qərb dövlətlərini tənqid etmək olmaz və onlar toxunulmazdır.

«Almaniyada olarkən təşkilatın Berlin ofisinin nümayəndəsi könüllü olaraq bizə müsahibə verib və Alman polisinin özbaşınalıqlarından bəhs edib. Kim Amnesty-nin nümayəndəsi Aleksandr Boşu Almaniyanı tənqid edən müsahibəni verməyə və bu səpgili bəyanatla çıxış etməyə təhrik etmişdi?

Hesab edirəm ki, bu bəyanat səhv bir addım oldu və təşkilatın bir çox dövlətlərdə monitorinqinə zərbə vuracaq. Sual olunacaq: Siz niyə Almaniyada monitorinq aparılmasının əleyhinəsiniz? Onda bizi niyə yoxlayırsız?».

Yanvarın 22-də Eynulla Fətullayev Strasburqda Avropa Şurasının binasında siyasi məhbuslar mövzusunda açıq tədbir keçirir.
XS
SM
MD
LG