Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:40

İsraildə parlament seçkisi keçirilir


İsraildə ümummilli seçkilər keçirilir.

İctimai rəy sorğuları, indiki baş nazir Benjamin Netanyahunun rəhbərlik etdiyi hakim
kolaisiyanın qalib gələcəyini göstərsə də koalisiyanın xeyli yer itirəcəyi gözlənilir.

Keçmiş hakim koalisiyaya “Likud”, “İsrail bizim evimizdir” partiyaları daxildir.
Koalisiyanın səs itirməsinə səbəb isə, siyasi səhnədə “ Yəhudi evi” partiyasının nüfuzunun gözlənilmədən artmasıdır.

Bu partiya gənclər və keçmiş Sovet ölkələrindən olan seçicilərin səsinə arxalanır.
Onun parlamentdə 15-ə yaxın səs qazanacağı gözlənilir.

Bu partiya 2009-cu il seçkilərində cəmi 3 yer qazanmışdı.

Bennetin güclənməsi İsrail-Fələstin danışıqlarına mənfi təsir göstərə bilər.
Çünki o müstəqil Fələstin dövlətinin qatı əleyhdarlarından biridir.

Vaxtından əvvəl seçkilərə səbəb hökumətin yeni büdcə layihəsində razılığa gələ bilməməsi olub.
XS
SM
MD
LG