Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 18:16

Rüstəm İbrahimbəyov: «Bunlar hər şey edə bilərlər»


Mətbuat icmalı
Mətbuat icmalı
-

«...BU CİNAYƏT İŞİ MƏNİMLƏ BAĞLI DEYİL»

«Yeni Müsavat» yazır ki, kinorejissor Rüstəm İbrahimbəyov Kinematoqrafçılar İttifaqında vergidən yayınma və mənimsəməyə görə açılan cinayət işinə münasibət bildirərkən belə deyib.

«Bu, çox axmaq işdir, mənə də heç cür bağlı deyil. Bu məsələdən mənə qarşı istifadə etmək də qeyri-mümkündür. Amma bunlar hər şey edə bilərlər. Bakıya gələndə məni aeroportda saxlamadılar?», deyə İbrahimbəyov bildirib.

KOMPÜTERLƏR «OSKAR» MÜKAFATI LAUREATINI «TANIYIB»...

«Bizim Yol» qəzeti isə Rüstəm İbrahimbəyovun yanvarın 21-də xaricə yola düşərkən növbəti dəfə aeroportda saxlanıldığını yazır.

«Rusiya , Fransa və ABŞ-a turneyə gedən Rüstəm İbrahimbəyovun əvvəlcədən sifarişi əsasında VİP zaldan keçərkən baqajı qəbul edilib, minik bileti verilib, amma sonra sərhəd xidməti yolu kəsib... Moskva reysinə minik başlamasına yarım saat qalmış «yuxarıdan» gələn növbəti siqnaldan sonra, kompüterlər «Oskar» mükafatı laureatını «tanıyıb» və o, sərhədçilərin kompüter problemini həll etmək vədləri ilə təyyarəyə yola salınıb».

«OSKAR» MÜKAFATI KİMƏ VERİLİB?

«Azərbaycan» qəzet yazır ki, «Rüstəm İbrahimbəyov qeyri-qanuni əməllərini pərdələmək üçün hay-küy salır».

Qəzet Rüstəm İbrahimbəyovun «Oskar» mükafatı laureatçısı olması barədə məsələlərə də toxunur. Qəzetə görə, «xarici dildə ən yaxşı film» nominasiyası üzrə «Oskar» «Günəşlə sovrulanlar» filminə görə 1994-cü ildə Rüstəm İbrahimbəyova deyil, bu filmin rejissoru Nikita Mikhalkova təqdim olunub.

«RAMİZ MEHDİYEVDƏN SƏRT MESAJ»

«Azadlıq» qəzeti «Ramiz Mehdiyevdən rəqiblərinə sərt mesaj» verildiyini yazır. Qəzetə görə, Ramiz Mehdiyev komandasına daxil olan şəxslər vasitəsi ilə rəqibləri ilə sərt tonda danışmağa başlayıb.

«Deputat Zahid orucun açıqlamaları buna nümunə ola bilər. Deputat PA rəhbərinə qarşı hücumlarla bağlı deyib: «Bu kompromat savaşın uğurlu nəticələrini gözləyənlər varsa, onları əmin edirəm ki, proses məntiqi sonluğa çatanda onlar məyus olacaqlar».

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG